22/04/2015
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda “Riyazi fizika tənlikləri”, “Diferensial tənliklər”, “Funksional analiz”, “Sürüncəklik nəzəriyyəsi”, “Hesablama riyaziyyatı və informatika” şöbələrinin bu ilin I rübü üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib. Sonra “Riyazi fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi r.e.d Nihan Əliyevə Diferensial tənliklər ixtisası üzrə professor elmi adının verilməsi məsələsinə baxılıb. İclasda 2015-ci il yaz sessiyasında ixtisas fənni üzrə imtahana buraxılanlar və imtahan komissiyasının tərkibi təsdiq edilib.