06.05.2015-ci il saat 10.00-da Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin müdiri, f.-r.e.d., prof. Əkbər Əliyev “Qeyri – xətti hiperbolik tənliklər sisteminin qlobal həlləri” mövzusunda məruzə edəcəkdir.
Məruzədə qeyri-xətti hiperbolik tənliklər sistemi üçün qlobal həll olunan və qlobal həll oluna bilməyən məsələlər haqqında danışılacaqdır. Bu istiqamətdə aparılmış əsas araşdırmalar haqqında məlumat veriləcəkdir.
Sonra struktur dissipasiyalı yarım-xətti psevdohiperbolik tənliklər üçün Fucita tipli kriteriyalardan danışılacaq.