Mayın 13-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Sinqulyar inteqralların hamarlıq ölçən maksimal funksiya terminlərində xassələri” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi f.-r.e.d., prof. Rəhim Rzayev məruzə edib.
Məruzədə hamarlıq ölçən bəzi maksimal funksiyalardan, onların köməyi ilə təyin edilən funksional fəzalardan, çoxölçülü sinqulyar inteqralların xassələrindən bəhs edilib. Burada həmçinin hamarlıq ölçən maksimal funksiyalarla lokal ossilyasiya xarakteristikaları arasındakı əlaqələr də araşdırılıb.