11/06/2015
Rusiya Elmlər Akademiyasının V.A.Steklov adına Riyaziyyat İntitutunun Sankt-Peterburq filialında ayda bir dəfə riyaziyyat tarixi üzrə seminar keçirilir. Bu seminarlarda Sankt-Peterburq şəhərinin müxtəlif elmi-tədqiqat institutlarının və universitetlərinin riyaziyyatçıları ilə yanaşı Rusiyanın və digər ölkələrin alimləri də çıxış edirlər.
İnstitutun direktoru Rusiya Elmlər Akademiyasının müxbir üzvü S.V.Kislyakovun dəvəti ilə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutun “Cəbr və riyazi məntiq” şöbəsinin müdiri Əli Babayev 04 iyun 2015-ci il tarixində həmin seminarda “Nəsirəddin Tusinin riyazi əsərləri haqqında” mövzusunda məruzə etmişdir. Məruzə seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.