Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Karnot qruplarında təyin edilmiş kəsr inteqral operatorun lokal Morri tipli fəzalarda məhdudluğu üçün zəruri və kafi şərtlər” mövzusunda Ümuminstitut seminarı keçirildi


Bu gün Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin müdiri, AMEA müxbir üzvü, f.r.e.d., prof. Vaqif Sabir oğlu Quliyev “Karnot qruplarında təyin edilmiş kəsr inteqral operatorun lokal Morri tipli fəzalarda məhdudluğu üçün zəruri və kafi şərtlər” mövzusunda məruzə etmişdir.

Məruzə Karnot qruplarında təyin edilmiş kəsr inteqral operatorun lokal Morri tipli fəzalarda məhdudluğu məsələlərinə həsr olunmuşdur. Karnot qruplarında təyin edilmiş kəsr inteqral operatorun lokal Morri tipli fəzalarda məhdudluğu üçün parametrlər üzərinə zəruri və kafi şərtlər tapılmışdır. Həmçinin Karnot qruplarında təyin edilmiş horizontal Sobolev-Morri fəzalarinda bəzi daxilolma teoremləri də tədqiq edilmişdir.