17/06/2015
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İclasda institutun “Riyazi analiz” və “Funksiyalar nəzəriyyəsi” şöbələrinin elmi və elmi-təşkilatı fəaliyyəti haqqında 2015-ci il üzrə yarımillik hesabatları dinlənilib və gündəlikdə duran cari məsələlər müzakirə edilib.