Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


01.07.2015-ci il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi-fizika tənlikləri” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.d. Nihan Əlipənah oğlu Əliyev “Sərhəd məsələ-lərinin fredholmluluğu üçün zəruri şərtlərin tətbiqi və kəsr tərtib törəməli tənliklər üçün məsələlər” mövzusunda məruzə edəcəkdir.

Məruzədə müxtəlif fundamental həllər və sərhəd məsələlərinin həllərinin Laqranj və ikinci Qrin düsturunun verdiyi şəkildə öyrənilməsi və alınan zəruri şərtlərin kafiliyinin əsaslandırilması barədə danışılacaqdır. Həmçinin, kəsr tərtib törəməli tənliklər və bu tənliklərə gətirilən məsələlər haqqında məlumat veriləcəkdir.