Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” mövzusunda VII beynəlxalq konfrans öz işinə başlayıb


Sentyabrın 9-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun təşkilatçılığı ilə Azərbaycan, Türkiyə və Ukraynanın birgə layihəsi olan “Riyazi Analiz, Diferensial Tənliklər və onların Tətbiqləri” (Madea-7) Beynəlxalq Konfransının açılış mərasimi keçirilir. Mərasimi giriş sözü ilə MADEA-7 konfransının həmsədri professor Fəxrəddin Abdullayev açıq elan edib. Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev müasir dünyada elmin mühüm rolundan, Azərbaycanda bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən danışıb. Konfransın açılış mərasimində Ukrayna MEA Riyaziyyat İnstitutunun direktoru akademik Anatoliy Samoylenko, Milli Aviasiya Akademiyasının tədris işləri üzrə prorektoru, professor Ədalət Səmədov, İstanbul Ticarət Universitetinin professoru Əkrəm Savaş, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov çıxış edib. O, konfransın riyaziyyat elminə töhfələr verəcəyini əminliklə vurğulayıb.
Qeyd edək ki, “MADEA-1” 2003-ci ildə Çernovtsı Milli Juriy Fedkoviç Universitetində, “MADEA-2”, 2004-cü ildə Mersin Universitetində, “MADEA-3” 2006-cı ildə Ujgorod Milli Universitetinində, “MADEA-4” 2008-ci ildə Şərq Aralıq dənizi Universitetində, “MADEA-5” 2010-cu ildə Bolqarıstan Sunny Beachdə, “MADEA-6” isə 2012-ci ildə Mersin Universitetində keçirilib. Bu il isə bu konfransa Azərbaycan ev sahibliyi edir. Konfransda 24 xarici ölkənin (Türkiyə, Ukrayna, Rusiya, Fransa, Almaniya, İsrail, Hindistan, İngiltərə, Misir, İrlandiya və s.) 50-dən çox nüfuzlu alimi iştirak edir. Ümumilikdə bu konfransa 200-dən çox iştirakçı qoşulub. Konfransın bağlanış mərasimi 12 sentyabr tarixində keçiriləcək.

Faydalı linklər