Sentyabrın 16-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda «Ridge funksiyalar və çoxdəyişənli funksiyaların ridge funksiyaların cəmi şəklində göstərilməsi» mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar İsmayılov məruzə edib.
Məruzədə ridge funksiyaların müasir riyaziyyat elmində tutduğu əhəmiyyətli roldan danışılıb, Kembric Universitetində nəşr olunmuş “A.Pinkus, Ridge functions, Cambridge University Press, 2015” monoqrafiyası haqqında geniş məlumat verilib.
Məruzədə həmçinin çoxdəyişənli funksiyaların ridge funksiyalarla göstərilmə məsələsi təhlil edilib, bu cür göstərilmənin mümkünlüyü üçün zəruri və kafi şərtlər müzakirə edilib.