Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


07.10.2015-c1 il saat 10:00-da Ümuminstitut seminarında “Maye və qaz mexanikası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, t.e.d., Qeylani Pənahov “Kapilyar qeyribincliliyi şəraitində immobil karbohidrogenlərin çixarilmasi üçün hidrodinamik üsullar” mövzusunda məruzə edəcəkdir.

Məruzədə heterogen məsaməli mühitlərdə sıxışdırma prosesində yüksək keçiricilikli məsamələrdə hərəkət edən sıxışdırıcı mayenin bilavasitə kiçik keçiricilikli məsamələr ilə təmasda olduğundan axın zamanı “sürünmə” effekti ilə hərəkətsiz qalan mayenin müəyyən qatının özü ilə daşınması tədqiq olunmuş, bu daşınmanın hidrodinamik və kapilyar qüvvələrdə yaranan fərqlər nəticəsində mümkün olduğu göstərilmişdir.

Həmçinin, məsaməli mühitdə əhatə dairəsini genişləndirmək üçün periodik artan hidrodinamik təzyiq yaratmaqla kapilyar güvvələrin süzülmə (sıxışdırma) istiqamətində müqavimətin dəf edilməsinin mümkünlüyü işlənib hazırlanmışdır.