Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Akademik İbrahim İbiş oğlu İbrahimov


Akademik_Ibrahim_Ibrahimov

Akademik İbrahim İbiş oğlu İbrahimov Azərbaycanda ilk dəfə olaraq riyaziyyat sahəsində elmlər namizədi adını almış azərbaycanlı alimdir. İbrahim İbrahimov analitik funksiya vasitəsilə düzələn bəzi sistemlərin tamlığını təd­qiq edərək riyazi analiz sahəsində klassik nəticələr əldə etmiş­dir.Funksiyaların konstruktiv nəzəriy­yəsi sahəsində görkəmli riyaziyyatçı­lar­dan M.V.Keldış, S.N.Bernşteyn, S.M. Nikol­ski, A.O.Qelfond, M.A.Lavrentyev və başqaları ilə yaxından əlaqə saxlamış onlarla birgə işləmişdir.

Akademik İbrahim İbrahimov 170-dən çox elmi əsərin, bir sıra monoqrafiya və dərsliklərin müəllifidir. Onun Azərbaycanın ali məktəblərində ali riyaziyyatın tədrisi və təşkili sahəsində böyük xidmətləri var. İ.İ.İbrahimovun 1955-ci ildə “Ədədlər nəzəriy­yəsinin əsasları”, 1957-ci ildə “Sıralar nəzəriyyəsinin əsasları” və 1962-ci ildə “Riyazi analiz kursu” dərslikləri çap edilmişdir. O, 1950-1952-ci illər­də K.Rosse və İ.Privalov tərəfindən ali məktəblər üçün yazılmış “Diferensial hesabı” və “İnteqral hesabı” kimi iki hissədən ibarət olan kitabları azərbaycan dilinə tərcümə etmişdir.

İbrahim İbrahimov yaxınlaşmalar, interpolyasiya, tam funksiyalar nəzəriyyələri sahələrində dünya riyaziyyatçıları tərəfindən yüksək qiymətləndirilən mühüm nəticələr almışdır. O, yeni interpolyasiyalar qurmuş, onlar üçün yığılma meyarları vermiş və iki nöqtə problemini həll etmişdir.

Akademik İbrahim İbrahimov riyazi analizin müxtəlif sahələrində və riyaziyyatın tədrisi metodikası üzrə 40-dan çox elmlər namizədi və 4 nəfər elmlər doktoru hazırlamışdır.

İbrahim İbrahimov Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexani­ka İnstitutunun direktoru, Azərbaycan Riyaziyyat Cəmiyyətinin pre­zi­denti olmuş­­dur. Akademik İbrahim İbrahimov Əməkdar Elm Xadimi fəxri adına və Dövlət Mükafatı­na layiq görülmüşdür.

 

Faydalı linklər