Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın müxbir üzvü Yusif Əmən oğlu Əmənzadə


yusifamanzada

Yusif Əmən oğlu Əmənzadə 1914-cü il fevralın 8-də Bakı şəhərində anadan olmuşdur.

Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Yusif Əmən oğlu Əmənzadə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin institutda assistentlikdən kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir. Bu illər ərzində Y.Ə. Əmənzadə elmlər namizədi və elmlər doktoru dərəcələrini almışdır.
1959-cu ildən ömrünün axırına qədər Bakı Dövlət Universitetində “Nəzəri mexanika” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1968-ci ildə Y.Ə. Əmənzadə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. 1972-ci ildə SSRİ-nin “Mexanika” üzrə Milli komitəsinin üzvü olmuşdur.

Qeyd edək ki, Bakı Dövlət Universitetində deformasiya olunan bərk cisim mexanikasının əsasını Azərbaycan EA-nın müxbir üzvü Yusif Əmənzadə qoymuşdur. Əmənzadənin elmi marağı əsasən hissə-hissə bircins elastiki mühitdə gərginlik deformasiya vəziyyətinin tədqiqi və elastiklik nəzəriyyəsinin kontakt məsələləri ətrafında toplanmışdır. Bu sahədə onun tərəfindən əsaslı nəticələr alınmış, yeni həll üsülları tapılmış və bu məsələlərin ədədi həlli verilmişdir.

Yusif Əmənzadə N.İ. Musxelişvili və D.İ. Şermanla birlikdə məsələlərin həlli prosesində xətti cəbri tənliklərin sonsuz sistemlərinin kvazitəkrarlanmasını sübut edən ilk Azərbaycanlı alim olmuşdur. Onun tərəfindən boşluğa malik tirin əyilmə mərkəzinin koordinatları bir burulma funksiyası vasitəsi ilə verilmişdir. Boşluğa malik yarımmüstəviyə ştampın təsiri məsələsi onun tərəfindən qoyulmuş və həll edilmişdir. O, sonlu mühitdə çat məsələsinin analitik həlli üsulunu vermiş və laylı müxtəlif cinsli elastiki cisimlər üçün analitik həll üsulunu inkişaf etdirmişdir. Onun axırıncı tətqiqatları elastiki örtüklərin variasiya üsulu ilə həllinə həsr edilmişdir.

AMEA-nın müxbir üzvü Yusif Əmənzadə “Elastiklik nəzəriyyəsi” (rus və ingilis dillərində), “Nazik elastik örtüklər nəzəriyyəsi üzrə ümumi kurs”, “Elastiklik nəzəriyyəsinin hamarlılıq məsələsi” dərsliklərinin müəllifi və həmçinin “SSRİ-də elastik­lik nəzəriyyəsinin əlaqə məsələrinin həlli” monoqrafiyasının həmmüəllifi olmuşdur. O, 150-dan çox elmi məqalə çap etdirmişdir. Alim 40-dan çox elmlər namizədi və 5 elmlər doktoru yetişdirmişdir.

AMEA-nın müxbir üzvü Yusif Əmənzadə 1982-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Faydalı linklər