21/10/2013
23.10.2013-cü il saat 10:00-da Ümuminstitut seminarında “Riyazi fizika tənlikləri” şöbəsinin əməkdaşı f-r.e.d. Fərman İmran oğlu Məmmədov “Cırlaşan qeyri-xətti tənliklər üçün aradan qaldırıla bilən məxsusiyyət məsələləri”mövzusunda məruzə edəcəkdir.
Məruzədə baş hissəsi cırlaşan p-Laplasian şəklində ümumi operator olan yarımxətti tənliklər üçün bir nöqtənin aradan qaldırıla bilən nöqtə olması üçün kafilik teoremindən və cırlaşan tənliklər üçün Karleson tipli aradan qaldırıla bilən çoxluqlar haqqında alınmış nəticələrdən danışılacaqdır.