Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Kapilyar qeyribincliliyi şəraitində immobil karbohidrogenlərin çixarilmasi üçün hidrodinamik üsullar” mövzusunda Ümuminstitut seminarı keçirildi


Bu gün Riyaziyyat və Mexanika İnstitutununda “Kapilyar qeyribincliliyi şəraitində immobil karbohidrogenlərin çıxarılmasi üçün hidrodinamik üsullar” mövzusunda Ümuminstitut seminarı keçirilib. Seminarda “Maye və qaz mexanikası” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, t.e.d. Qeylani Pənahov məruzə edib.
Məruzədə heterogen məsaməli mühitlərdə sıxışdırma prosesində yüksək keçiricilikli məsamələrdə hərəkət edən sıxışdırıcı mayenin bilavasitə kiçik keçiricilikli məsamələr ilə təmasda olduğundan axın zamanı “sürünmə” effekti ilə hərəkətsiz qalan mayenin müəyyən qatının özü ilə daşınması tədqiq olunmuş, bu daşınmanın hidrodinamik və kapilyar qüvvələrdə yaranan fərqlər nəticəsində mümkün olduğu göstərilmişdir.Həmçinin, məsaməli mühitdə əhatə dairəsini genişləndirmək üçün periodik artan hidrodinamik təzyiq yaratmaqla kapilyar güvvələrin süzülmə (sıxışdırma) istiqamətində müqavimətin dəf edilməsinin mümkünlüyü işlənib hazırlanmışdır.