Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“İstilik ayıran massivdə yarıqların qismən bağlanması prosesinin modelləşdirilməsi” mövzusunda Ümuminstitut seminarı keçirildi


Bu gün Ümuminstitut seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Vaqif Mirəhməd oğlu Mirsəlimov “İstilik ayıran massivdə yarıqların qismən bağlanması prosesinin modelləşdirilməsi” mövzusunda məruzə etmişdir.
Termoelastiklik nəzəriyyəsinin üsulları əsasında dairəvi en kəsikli silindrik kanallarla zəiflədilmiş istilik ayıran massivdə dəyişən qalınlıqlı yarıqların qismən bağlanması prosesinin riyazi ifadəsi verilir. İstilik ayrılmanın intensivliyi artdıqca massivin elastiki xassələri temperaturdan asılı hesab olunur və onun dağılması baş verir. Fərz edilir ki, istilik təsirindən massivdə olan yarıqların sahilləri bir-biriylə qismən kontakta girir. Kontakt zonaları yarıqların uclarına yaxın yerdə baş verir və onların ölçüləri yarıqların ölçüləri ilə müqayisə olunandır. Analiz göstərir ki, istilik ayıran massivdə yaranan gərginliklər çıxıcı gərginliklərdir. Qoyulan məsələ elastiklik nəzəriyyəsinin xətti məsələsi olduğundan onun həllində superpozisiya prinsipindən istifadə olunur. Həll nəticəsində kontakt zonasının uzunluğunun istilik ayırma intensivliyindən asılılığı və həmçinin kontakt gərginliklərin paylanması tapılır.

Faydalı linklər