Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


04.11.2015-c1 il saat 10:00-da Ümuminstitut seminarında “Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsi” şöbəsinin müdiri, f.r.e.d. prof. V.C. Hacıyev “Qeyri bircins ortotrop lövhə, örtük və boru kəmərlərinin dayanıqlığı və rəqsləri haqqında” mövzusunda məruzə edəcəkdir.
Məruzədə kəsilməz qeyri bircins ortotrop lövhə və örtüklərin və qeyri bircins boru kəmərlərinin müxtəlif xassəli xarici mühitin müqaviməti nəzərə alınmaqla dayanıqlığı və rəqsi hərəkətlərinin tədqiqindən danışılır.
Fərz olunur ki, materialın xassələrini xarakterizə edən parametrlər fəza koordinatlarının kəsilməz funksiyalarıdır. Konstruksiyaların təmasda olduqları mühitlər Pasternak (iki sabitlə xarakterizə olunan xətti elastik mühit) , Fussa- Vinkler (xətti qeyri bircins mühit), Karnet (bircins və qeyri bircins özlü elastik mühit) riyazi modelləri ilə xarakterizə olunurlar.
Məsələlərin həlli təqribi-analitik metodlardan istifadə etməklə qurulur.

Faydalı linklər