Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi şurada daha üç şöbənin illik geniş hesabatlarının təqdimatı keçirildi


7 noyabr  2023 il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasında daha üç elmi şöbənin hesabatı dinlənilib. Elmi Şuranın sədri, institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun sədrliyi ilə keçirilən iclasda“Optimal idarəetmə”, “Dalğa dinamikası”, “Cəbr və riyazi məntiq” şöbələrinin illik geniş hesabatlarının təqdimatı keçirildi

İclasda əməkdaşlar şöbələri tərəfindən apardıqları tədqiqat işləri barədə və onların nəticələri, çap olunmuş elmi əsərlər, elmi müzakirələrdə və konfranslarda iştirak və s. barədə ətraflı məlumat verdilər.

Hesabatla bağlı elmi əməkdaşların maraqlı sualları və cavabları dinlənildi, geniş müzakirələr aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər