Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Toplanmış parametrli sistemlər üçün idarənin sintezinə bir yanaşma üsulu haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib


Ümuminstitut seminarını giriş sözü ilə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov açaraq ümummilli lider Heydər Əliyevin tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edib.

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Tədbir iştirakçıları Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Sonra Ümuminstitut seminarında AMEA-nın müxbir üzvu K. R. Aydazadə “Toplanmış parametrli sistemlər üçün idarənin sintezinə bir yanaşma üsulu haqqında” mövzusunda məruzə edib.
Məruzə adi qeyri xətti differensial tənliklərlə təsvir olunmuş müxtəlif növ, həm giriş, həm də çıxışla əks əlaqəli vəziyyətli obyektlərin optimal idarə edilməsinin sintezi məsələsinə həsr olunubdur. Bu halda fərz olunur ki, obyektin ilkin vəziyyəti (halı) əvvəlcədən müəyyən çoxluqda verilən məlum paylanma funksiyası (və ya çəkisi) ilə verilir. Obyektin zaman parametrləri isə müəyyən çoxluqda verilmiş sıxlıq funksiyaları (və ya çəki) ilə təyin olunan qiymətlər alır. Processin dinamikasının idarə olunması obyektin cari x(t) vəziyyəti və yaxud obyektin y(t) çıxışı ilə olan əks əlaqə ilə müəyyənləşən məlum sistemin vəziyyəti ilə təyin olunan qeyri xətti y(t)= G(x(t)) funksiyası ilə təyin olunur. Sintez funksiyası üçün idarənin zonalnığı parametri daxil edilmişdir. Diskret və kəsilməz əks əlaqə hallarının analizi məqsədi ilə idarənin zonalnığı parametrinin sistemin vəziyyətindən və çıxış vektorlarından müxtəlif funksional asılılıqlarına baxılmışdır. Proqram təminatı işlənmiş və test məsələlərin həlli əsasında ədədi eksperimentər paparılmışdir. Zonal idarənin sintezi məsələlərinin həllərinin obyektin əks əlaqəli çıxış vektorlarından və əks əlaqəli vəziyyətindən asılı olan müxtəlif funksional asılılıqlara baxılmış və müqayisələr aparılmışdır.

Faydalı linklər