Ümuminstitut seminarını giriş sözü ilə institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov açaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə institut əməkdaşlarını səmimi qəlbdən təbrik etmiş, onlara yeni ildə möhkəm can sağlığı, işlərində müvəffəqiyyət və daha böyük uğurlar arzu etmişdir.
Sonra RMİ-nin “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.n., dos. Elman Cavanşir oğlu İbrahimov “Qeqenbauer çevirməsi haqqında” mövzusunda məruzə edib.
Məruzə analizdə çox mühüm yeri olan inteqral çevirmələr nəzəriyyəsinə həsr olunmuşdur. Məruzədə yeni Qeqebnauer inteqral çevirməsinin xassələri haqqında ətraflı məlumat veriləmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.