Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Soft topoloji fəzalar kateqoriyasında sinqulyar homoloji nəzəriyyə” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün ümuminstitut seminarında BDU-nun “Cəbr və həndəsə” kafedrasının dosenti Bayramov Sədi Andəm oğlu “Soft topoloji fəzalar kateqoriyasında sinqulyar homoloji nəzəriyyə” mövzusunda məruzə edib.
Məruzədə Soft topoloji fəzalar kateqoriyasında sinqulyar homoloji qruplar daxil edilmiş və bu qruplar üçün homoloji nəzəriyyənin aksiomlarının ödənilməsi isbatlanmışdır. Homotopik invariantlıq kəsmə və ölçü haqqında teoremlər isbatlanmış, dəqiq homoloji ardıcıllığı qurulmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər