Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


27.01.2016-ci il saat 10:00-da Ümuminstitut seminarında “Optimal İdarəetmə” şöbəsinin böyük elmi işçisi, riyaziyyat elmləri doktoru Y.S.Qasımov “Oblasta nəzərən bir tərs məsələ haqqında” mövzusunda məruzə edəcəkdir.
Məruzədə Şredinger operatoru üçün qoyulmuş bir tərs məsələyə baxılır. Baxılan məsələnin spesifikası ənənəvi tərs məsələlərdən onunla fərqlənir ki, burada axtarılan obyekt potensial, əmsal və ya sərhəd şərtləri deyil, operatorun verilmə oblastıdır. Belə məsələlərin həlli bir sıra çox ciddi çətinliklərlə bağlıdır. Məsələn, tərs məsələnin həlli, yəni oblastın təyin edilməsi üçün kifayət edəcək spektral kəmiyyətlərin seçilməsi özü müstəqil bir məsələdir. Digər tərəfədən oblastın bu verilənlərə əsasən qurulması üçün də vahid riyazi aparat mövcud deyil.
Məruzədə yeni s-funksiya anlayışı daxil edilir və onların verilən çoxluğuna görə oblastın təyin edilməsi üçün bir sxem təklif olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər