Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Dairəvi və halqaşəkilli disklərin dağılması” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün Ümuminstitut seminarında Nailə Merac qızı Kələntərli “Dairəvi və halqaşəkilli disklərin dağılması” mövzusunda məruzə edib.
Məruzə dairəvi və halqaşəkilli disklərdə çat tipli qüsurların yaranması və inkişafı haqqında dağılma mexanikasının bəzi sərhəd problemlərinə həsr olunub.
Dairəvi və halqaşəkilli disklərdə catların yaranması və inkişafı haqqında dağılma mexanikasının müstəvi məsələləri sinfi ilk dəfə tədqiq edilmişdir, dairəvi və halqaşəkilli disklər ücün qeyri-müəyyən sərhədli yeni sinif elastiklik nəzəriyyəsi məsələləri həll edilmişdir. Bərabər şəkildə fırlanan dairəvi və halqaşəkilli disklərdə catların əmələ qəlməsi məsələləri həll olunmuşdur. Dairəvi və halqaşəkilli disklərdə catın yaranma zonasının ölcülərinin, yapışma qüvvələrinin zonalarının uzunluğu, xarıcı yüklənmə nəticəsində cat zonalarinda səylərin və həndəsi parametlərdən asılıqları alınmışdır.
Birinci fəsil çatların yaranmasının cat zonalarinda daim gərginlik zamanı plastik cərəyanlar vəziyyətdə riyazi modelləşdirməsinə həsr olunmuşdur. İkinci fəsildə dairəvi disklərdə çatların yaranmasının cat zonasının sahilləri arasında əlaqələrlə bazasında riyazi modelləşdirməsinə həsr olunub. Ücüncü fəsil istiliyin və qüvvənin təsiri zamanı halqaşəkilli disklərdə catların yaranmasının modelləşdirilməsinə həsr olunub. Dördüncü fəsil halqaşəkili disklərin əlaqəli səthləri arasında çatların inkişafının öyrənilməsinə həsr olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər