Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


02.03.2016 tarixində, saat 10:00-da Ümuminstitut seminarında “Dalğa dinamikası” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Nazilə Bilal qızı Rəsulova “Düzbucaqlı tirlərdə qeyri-stasionar dalğaların yayılması” mövzusunda məruzə edəcəkdir.
Təqdim olunan məruzə düzbucaqlı elastiki tirlərin dinamikasına aiddir və bu mövzu keçən əsrlərdə hələ Qabriel Lamedən başlayaraq, bir çox tədqiqatçıların diqqətini özünə cəlb edən bir mövzu olmuşdur.
Məruzədə, dəqiq üçölçülü elastiklik nəzəriyyəsi əsasında, yarımsonsuz düzbucaqlı tirlərdə qeyri-stasionar dalğaların yayılması prosesi tədqiq olunur. Hərəkət, tirin en kəsiyinə tətbiq edilən normal zərbə qüvvəsi nəticəsində yaranır, tirin bütün yan səthləri isə sərbəstdir. (heç bir qüvvə təsir etmir). Bu şərtlər, eyni tipli olduğu üçün problemin həllini kəskin şəkildə çətinləşdirir. Bundan əvvəlki məlum həllərdə, yan səthlərin müəyyən bir hissəsində və ya hamısında qarışıq tipli sərhəd şərtləri mövcuddur ki, bu da müxtəlif dalğaların qiymətlərini bu səthlərdə ayırmağa imkan verir. Bu sadələşdirici faktorun olmaması, həllər çoxluğunun dizayn edilərək, yan səthlər şərtlərinin ödənilməsini problematik bir məsələyə çevirir.
Məruzədə başlanğıc anlar üçün məsələnin analitik həlli alınmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər