Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev, r.e.d. Rövşən Bəndəliyev və e.i. Fətayi İsayev 17.03.2016-04.04.2016 tarixlərində Türkiyənin Ankara Universitetində elmi ezamiyyətdə olmuşlar


AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev AMEA Rəyasət Heyyəti tərəfindən tövsiyyə olunan “Lokal Morri tipli fəzalarda harmonik analizin müasir problemləri və tətbiqləri” (2015-2017) adlı elmi – tədqiqat proqramı çərçivəsində elmi araşdırmalar aparmaq məqsədi ilə Türkiyənin Ankara Universitetində (Ankara ş.) 17 Mart – 04 Aprel 2016 ci il tarixlərində elmi ezamiyyətdə olmuşdur. Səfər müddətində “Lokal Morri tipli fəzalarda harmonik analizin müasir problemləri və tətbiqləri” ilə bağlı Ankara Universitetinin professoru Ayhan Şerbetçi, Kırıkkale universitetinin professoru Kerim Hoca, Ahi Evran Universitetinin professoru Levent Kula, həmçinin Dos. Rza Mustafayev, Dr. Canay Aykol, Dr. A. Küçükaslan, Dr. Ahmed Eroğlu və Dr. Seyda Keles ilə birgə ciddi elmi araşdırmalar aparılmışdır. Bu səfər müddətində Çex Respublikası Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun elmi işçisi Dr. Amiran Gogatişvili və prof. Vaqif Quliyev ilə birgə Prof. Ayhan Serbetçi, Prof. Kerim Hoca, Dos. Rza Mustafayev, Dos. Ali Akbulut, Dr. Canay Aykol, Dr. Abdulhamid Küçükaslan, Dr. Şeyda Keleş, r.e.d. Rövşən Bəndəliyev və Dr. Fətayi İsayevin iştirakı ilə işçi seminarı (workshop) keçirilmişdir. Qeyd edək ki, bu işçi seminarında ciddi elmi müzakirələr aparılmış və birgə elmi araşdırmalara başlanmışdır. Həmçinin bu səfər müddətində Türkiyədə çalışan bilim insanlari ilə, o cümlədən Prof. Dr. E. İbikli, Prof. Dr. İ. Ekinçioğlu, Prof. Dr. İ. Aliyev, Prof. Dr. L. Kula, Dos. Dr. H. Köse və başqaları ilə elmi diskussiyalar da aparılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.