Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


“Diferensial tənliklər” şöbəsinin seminarlarında mart ayının 30 –dan başlayaraq hər həftənin 3-cü günü saat 12. 00-da “Qeyri xətti tənliklərin həlli üçün müasir üsullar” mövzusunda mühazirələr oxunacaq.
Seminarda xüsusi törəməli qeyri xətti tənliklər üçün qoyulmuş müxtəlif məsələlərin (Koşi məsələsi, sərhəd məsələsi və qarışıq məsələnin) məlum olan müasir həll üsulları haqda məlumat veriləcək. hiperbolik tənliklər üçün
Növbəti seminarda, 13.04.2016 tarixində f.-r.e.n., dos. Sevda İsayeva “Hiperbolik tənliklər üçün akustik sərhəd şərtli qarışıq məsələ” haqda danışacaq. Məruzədə, Kleyn-Qordon tipli tənliklərin timsalında, akustik sərhəd şərtləri ilə verilmiş qarışıq məsələnin araşdırılması metodları, lokal və qlobal həllərin varlığı və yeganəliyinin tədqiqi, həmçinin qlobal həllərin müntəzəm dayanıqlılığının araşdırılması metodları təsvir olunacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər