Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Bir sinif tam funksiyaların bütün sıfırlarının həqiqiliyi haqqında” mövzusunda Ümuminstitut seminarı keçirilib


Ümuminstitut seminarını giriş sözü ilə institutun direktoru, professor Misir Mərdanov açaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü münasibəti ilə görkəmli dövlət xadimini anmış və xatirələrini seminar iştirakçıları ilə bölüşmüşdür.
Sonra Ümuminstitut seminarında RMİ-nin “Funksional analiz” şöbəsinin baş elmi işçisi prof. Hidayət Hüseynov «Bir sinif tam funksiyaların bütün sıfırlarının həqiqiliyi haqqında» mövzusunda məruzə edib.
Məruzədə sadə məxsusi ədədlərə malik öz-özünə qoşma operatorla bağlı bir bərabərsizlik və onun bir sinif tam funksiyaların bütün sıfırlarının həqiqiliyinə tətbiqi verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər