Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Dəyişən dərəcəli fəzalarda ümumiləşmiş potensiallar” mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin böyük elmi işçisi dosent Mübariz Qafarşah oğlu Hacıbəyov “Dəyişən dərəcəli fəzalarda ümumiləşmiş potensiallar” mövzusunda məruzə edib.
Məruzədə ikililik və yuxarıdan μB(x,r) ≤ KrN , N ⊄ (0, ∞) artım şərtlərini ödəyən μ ölçüsü ilə təchiz edilmiş məhdud kvazimetrik (X, ρ, μ) fəzasında verilmiş a([p(x;y)])/[p(x,y)] nüvəli ümumiləşmiş potensiala baxılıb və a(r) üzərinə sanki monotonluq terminləri ilə ifadə olunan təbii şərtlər daxilində bu potensial operatorların dəyişən dərəcəli Lp(•)(X, μ) Lebeq fəzasından müəyyən LΦ(X, μ) Musielak-Orliç fəzasına (burada Φ(x,r) N-funksiyası p(x) üst funksiyası və a(r) funksiyası vasitəsilə verilir) məhdud təsiri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər