Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


18.05.2016 tarixində, saat 10:00-da Ümuminstitut seminarında Türkiyənin Fırat Universitetinin professoru Etibar Pənahov “Diferensial operatorların spektral problemlərinin bəzi tərs məsələləri ” mövzusunda məruzə edəcəkdir.
Xüsusi şəkildə məxsusi nöqtələri olan (Bessel, Kulon tipli) 2-ci tərtib diferensial operatorlar, kanonik Dirak operatoru və Diffuziya tənliyi üçün iki və bir spektrə, qismən verilən potensiala görə tərs məsələlər araşdırılır. Nodal verilənlərə (nöqtələr və uzunluqlar) görə tərs məsələlərə baxılır. Nodal verilənlər üçün asimptotik düsturlar göstərilir. Yeganəlik teoremləri isbat olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər