Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


01.06.2016-cı il saat 11.00-da «Optimal idarəetmə» şöbəsinin doqquzuncu seminarı keçiriləcəkdir. Seminarda Idarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi Samir Quliyev «BORUDA HİDRAVLİK MÜQAVİMƏT ƏMSALININ İDENTİFİKASİYASI» mövzusunda məruzə edəcəkdir.
Məruzədə magistral boru kəmərinin əsas hissəsində karbohidrogen xammalının daşınmasında hidravlik müqavimət əmsalının identifikasiyası məsələsinə baxılmışdır. Baxılan identifikasiya məsələsi parametrik optimal idarəetmə məsələsinə gətirilir ki, onun da ədədi həllinə efektiv birinci tərtib optimallaşdırma üsulları tətbiq olunur. Bu məqsədlə identifikasiya olunacaq parametrlərə görə məqsəd funksionalının qradiyenti üçün düsturlar alınmışdır. Optimallaşdırılan vektorun alınmış qiymərlərindən istifadə etməklə aproksimasiya və interpoliyasiya metodlarınin köməyi ilə hər hansı bir sinifdə identifikasiya olunan funksiyanı qurmaq mümkündür. Aparılan ədədi eksperimentlərin nəticələri verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər