14/11/2013
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Vaqif S.Quliyev 09.06.2013-16.06.2013 tarixlərində İtaliyanın Padova Universitetində (Padova şəhərində) elmi ezamiyyətdə olmuşdur. Padova Universitetində Mini-courses in Mathematical Analysis 2013 konfransında iştirak etmiş və bu konfransda 11.06.2013 tarixində “Some Sobolev Morrey embeddings” adlı elmi məruzəsi ilə 30 dəqiqə çıxış etmişdir.