27/07/2016
AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Quliyev Vaqif Sabir oğlu Türkiyənin Ahi Evran Universitetində keçirilən of Analysis and its Applications (İCAA) beynəlxalq elmi konfransda iştirak edib.
Konfransın plenar iclasında alimin “Generalized Morrey regularity for parabolic equations with discontinuous data” mövzusunda məruzəsi dinlənilib.
Səfər çərçivəsində prof. V.S. Quliyev bir sıra elmi müəssisələrin tanınmış alimləri prof. R.P. Agarwal (ABŞ), M. Mursaleen (Hindistan) və G. Milanovic (Serbiya), prof. Z. Nashed (ABŞ), prof. A. Farajzadeh (İran) və başqaları ilə birgə elmi-tədqiqat işləri və gələcək əməkdaşlıq planlarınını müzakirə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.