Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

«Ümumiləşmiş Morri tipli fəzalardan olan funksiyaların bir sıra xassələri haqqında» mövzusunda Ümuminstitut seminarı keçirilib


Bu gün Ümuminstitut seminarını AMEA-nın müxbir üzvü, professor Vagif Quliyev açaraq institutmuzun “Optimal idarəetmə” şöbəsinin aparıcı elmi işcisi, riyaziyyat üzrə fəlsəfə doktoru Rafiq Teymurovun vaxtsız ölümündən kədərləndiyini seminar iştirakçıları ilə bölüşmüş və alimi bir dəqiqəlik sükutla yad etmişlər.

Sonra Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, f.-r.e.d. prof. Alik Malik oğlu Nəcəfov «Ümumiləşmiş Morri tipli fəzalardan olan funksiyaların bir sıra xassələri haqqında» mövzusunda məruzə edib.
Məruzədə bir sıra ümumiləşmiş Morri tipli fəzalar daxil olunub. Inteqral göstərilişi üsulundan istifadə edərək bu fəzalardan olan funksiyaların həm diferensial, həm də diferensial – fərq xassələri öyrənilib. Daha sonra alınmış nəzəri nəticələrin bir sinif yüksək tərtibli xüsusi törəməli diferensial tənliklərin araşdırılmasına tətbiqi verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər