Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirilmişdir.


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, professor Misir Mərdanov Azərbaycanda müasir dövrün əsas aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesinin uğurla həyata keçirildiyini, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərildiyini qeyd etdi. M.Mərdanov gənclərin elmi potensialının artırılması, onların müxtəlif elm sahələrində ixtira və kəşflərinin, təşəbbüs və təkliflərinin stimullaşdırılması, layihə və proqramların maliyyələşdirilməsi məsələlərinin yüksək səviyyədə təşkilinin əhəmiyyətini vurğuladı.
Rəhbərlik etdiyi elmi müəssisədə 60-a yaxın gənc kadrın fəaliyyət göstərdiyini söyləyən alim institutun gənc alimlərinin elmi potensialının yüksək olduğunu, mühüm dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə fəal iştirak etdiklərini bildirdi.
AR Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli “Azərbaycan-2020: gələcəyə baxış “ İnkişaf Konsepsiyasının əhmiyyətindən söz açan M.Mərdanov son dövrdə ölkəmizdə həyata keçirilən islahatların bütün sahələrdə, o cümlədən elm sektorunda müsbət nəticələrin əldə olunmasına şərait yaratdığını, hazırda Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd etdi. O bildirdi ki, bu mərhələnin əsas hədəfi elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.
Sonra AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il tarixli Gənc alim və mütəxəssislər şurasının yaradılmasına dair qərarın mətni səsləndirildi.
İclasın gündəliyinə müvafiq olaraq institutun yeni yaradılacaq Gənc alim və mütəxəssislər şurasına namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçildi.
Tərkibi 19 nəfərdən ibarət olmaqla f.-r.e.ü.f.d. Famil Seyfullayev Şuranın sədri, f.-r.e.ü.f.d. Rövşən Bəndəliyev və Lalə Əliyeva isə sədr müavinləri seçildilər.
Sonda çıxış edən professorlar Əkbər Əliyev, Musa İlyasov və Nadir Süleymanov yeni seçilmiş namizədləri təbrik etdilər, gənc alimlərə gələcək fəaliyyətlərində uğurlar arzuladılar, tövsiyyələrini bildirdilər.

AMEA Riyaziyyat və Mexanika İnstitutunda Gənc alim və mütəxəssislər şurasının üzvləri:

  1. Seyfullayev Famil Əlizadə oğlu- Sədr
  2. Bəndəliyev Rövşən Əlifağa oğlu  – Sədr müavini
  3. Əliyeva Lalə Rəhman qızı- məsul katib
  4. Səfərov Zaman Vahab oğlu-üzv
  5. Sadıqova Səbinə Rahib qızı-üzv
  6. Cəfərova Aynurə Məmmədrıza qızı-üzv
  7. Şahbəndəliyev Elməddin Hüseyn oğlu-üzv
  8. Quliyeva Aida Ağagül qızı-üzv
  9. Yüzbaşıyeva Afət Oqtay qızı-üzv
  10. Muradova Şəmsiyyə Əhliman qızı-üzv
  11. Rüstəmova Məhsəti Akif qızı-üzv
  12. Rüstəmova Vüsalə Mobil qızı-üzv
  13. Səbinə Salmanova Salman qızı-üzv
  14. Məmmədova Güldəstə Akif qızı-üzv
  15. Şahin Yəhyayev-üzv
  16. Vəliyev Fərid Elxan öğlu-üzv
  17. Ibrahimova Səriyyə Hikmət qızı-üzv
  18. Hüseynov Aydın Hüseyn oğlu-üzv
  19. Mirzəyeva Gulnar Rövşən  qızı-üzv

Faydalı linklər