Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


Obyektiv səbəbdən Ümuminstitut seminarı 3-cü gün yox, 4-cü gün – 22 dekabr  saat 10:00-da keçiriləcək. Seminarda RMİ-nin “Hesablama riyaziyyatı və informatika” şöbəsinin müdiri, t.e.n Nağıyev Həsən Əli oğlu “Faza koordinatları arasında sərt diferensial əlaqənin nəzərə alınması ilə variatorlu mexaniki sistemlər üzərində hesablama eksperimentinin bir alqoritmi haqqinda” mövzusunda məruzə edəcək.
Sağ tərəfində kommutasiya funksiyasının mövcudluğu ilə xarakterizə olunan pilləsiz transmissiyalı (variator) intiqalın diferensial tənlikləri müzakirə olunur. Friksion sürüşmələri də nominal rejim kimi ehtiva edən ötürmə sisteminin gətirdiyi dinamik xassələr sərt diferensial əlaqələr mövqeyindən təhlil edilir. Sərt diferensial əlaqəli sistemlərin ədədi həlli zamanı meydana çıxan dayanıqsız hesablama prosesinin qarşısını alan alqoritm təklif olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər