22/02/2016
AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvi, prof. Vaqif Sabir oğlu Quliyev, şöbənin aparıcı elmi işçisi Mübariz Qafarşah oğlu Hacıbəyov elmi araşdırmaları aparmaq məqsədi ilə Türkiyənin Ankara Universitetində (Ankara ş.) 23.01.2016-01.02.2016 tarixlərində elmi ezamiyyətdə olmuşlar. Səfər müddətində “Lokal Morri tipli fəzalarda harmonik analizin müasir problemləri və tətbiqləri” ilə bağlı Ankara Universitetinin professoru A. Şerbetçi, həmçinin Dr. Canay Aykol və Dr. A. Küçükaslan ilə birgə elmi araşdırmalar aparılmış və planlaşdırılan “Maximal operator and Calderon-Zygmund operators in local Morrey-Lorentz spaces” adlı məqaləsi tamamlanaraq çapa hazırlanmışdır. Bununla yanaşı professor Vaqif Quliyevlə dos. Ali Akbulut və prof. Alik Nəcəfov birgə “Nikolskii-Morri tipli fəzalarda bəzi daxilolma teoremləri” adlı məqaləsi üzərində araşdırmaları davam etdirmişlər. Həmçinin bu səfər müddətində Türkiyədə çalışan bilim insanlari ilə, o cümlədən Prof. Dr. E. İbikli, Prof. Dr. İ. Ekincioglu, Prof. Dr. İ. Aliyev, Prof. Dr. L. Kula, Dos. Dr. H. Köse və başqaları ilə elmi diskussiyalar da aparılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.