Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, prof. Vaqif S. Quliyev “Sobolev Reading” beynəlxalq konfransında “invite lecturer” (dəvətli məruzəçi) qismində çıxış etmişdir


“Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, prof. Vaqif S. Quliyev Rusiyanın Novosibirski vilayətinin Rusiya Elmlər Akademiyasının S.L. Sobolev adına Riyaziyyat İnstitutu və Novosibrsk Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 18-22 Dekabr 2016-cı il tarixlərində keçirilmiş “Sobolev Reading” beynəlxalq konfransına “invite lecturer” (dəvətli məruzəçi) qismində dəvət olunmuş, konfransda “Characterizations for the integral operators of harmonic analysis in generalized Orlicz-Morrey spaces on Carnot groups” mövzusunda yarım saatlıq məruzə ilə çıxış etmişdir.
Həmçinin bu səfər müddətində Rusiya Elmlər Akademiyasının S.L. Sobolev adına Riyaziyyat İnstitutunun və bir sıra dünya universitetlərinin görkəmli alimləri, akademik Y.Q. Reşetnyak, professor G.V. Demidenko, professor M.V. Rujanski və başqaları ilə elmi diskusiyalar aparılmışdır.
Bununla yanaşı səfər müddətində Rusiya Elmlər Akademiyasının S.L. Sobolev adına Riyaziyyat İnstitutu və AMEA Riyaziyyat və Mexanika İnstitutu araşında elmi əlaqələri dərinləşdirmək məqsədi ilə müqavilə imzalanması ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər