Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin aprel ayında növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev: Cənubi Qafqazda sabitlik və sülhün təmin edilməsi ortaq marağımızdır” başlıqlı icmal yer alıb. Bugünkü sayın ilk səhifələrində “Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet istiqamələr üzrə AMEA-da mühüm tədqiqatlar aparılır” sərlövhəli Elm Gününə həsr olunan tədbir haqqında […]

Çin süni intellekti dərs proqramlarına daxil edir

Çin hökuməti ölkədə təhsil islahatlarının bir hissəsi kimi süni intellekt (AI) tətbiqlərini təhsil fəaliyyətlərinə, dərsliklərə və məktəb kurikulumuna inteqrasiya edir. İbtidai, orta və ali təhsil müəssisələrinin tələbə və müəllimlərinə yönəlmiş bu addım dünyanın ikinci ən böyük iqtisadiyyatının innovasiyaları gücləndirməyə və yeni inkişaf mənbələri tapmağa çalışdığı bir vaxta təsadüf edir. Çin Təhsil Nazirliyi bildirib ki, süni […]

Nanoölçülü, elastik beyin sensoru kəllədaxili təzyiqin izlənməsində inqilab yarada bilər

ABŞ-ın Georgia Texnologiya İnstitutunun alimləri cərrahi müdaxiləyə ehtiyac olmadan kəllədaxili təzyiqi (ICP) daimi izləyə bilən ultra-nazik silikon nanosensor hazırlayıblar. “Respublika” xarici mətbuata istinadla xəbər verir ki, sensor sadə bir kateterlə yerləşdirilə bilir və baş travmalarında erkən diaqnostika və müdaxilə üçün yüksək dəqiqliklə təzyiq dəyişikliklərini izləyir. Ölçüsü on qəpikdən belə kiçik olan cihaz ənənəvi invaziv metodlarla müqayisədə daha az […]

Google axtarış sistemi bütün dünyada istifadəçiləri “google.com”a keçirəcək

Tarixən dünyanın müxtəlif ölkələrində Google axtarış sistemi Azərbaycanda “google.az” və ya Türkiyədə “google.tr” kimi milli yüksəksəviyyəli domenlərdən istifadə edir. Bu, tezliklə dəyişəcək və Google axtarış sistemi coğrafi yerindən asılı olmayaraq dünyanın bütün istifadəçiləri üçün “google.com” saytında əlçatan olacaq. “Google” yerli uyğun axtarış nəticələrini təqdim etmək üçün əvvəlcə milli yüksəksəviyyəli domenlərdən istifadə edib. 2017-ci ildən etibarən […]

“Süni intellekt və rəqəmsal iqtisadiyyat: cari vəziyyət və inkişaf perspektivləri” mövzusunda seminar keçirilib

17.04.2025-ci il tarixdə Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi t.e.d, professor Ramin Rzayev “Süni intellekt və rəqəmsal iqtisadiyyat: cari vəziyyət və inkişaf perspektivləri” mövzusunda məruzə edib. Məruzədə süni intellekt texnologiyalarının rəqəmsal iqtisadiyyata perspektiv təsirinin öyrənilməsinin vacib və aktuallğı şərh olunub. […]

Süni zəka itmiş şəxslərin tapılmasında yardımçı ola bilər

Qlazqo Universitetinin aimləri itkin düşmüş insanların yerini proqnozlaşdırmaq üçün yeni bir metod hazırlayıblar. Bu metod real hadisələrin təhlilinə istiqamətlənmiş davranış modellərinə əsaslanır. Xüsusi süni zəka agentləri itkin düşmüş şəxslərin psixoloji reaksiyalarını imitasiya edir və mümkün axtarış zonalarının istilik xəritələrini yaradır. Nəticədə, axtarış-xilasetmə qrupları resursları daha səmərəli şəkildə bölüşdürə bilirlər. Bu texnologiyanı dronlara inteqrasiya edərək dağlardan […]