Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutunda rusiyalı alimin məruzəsi dinlənilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda Rusiya Elmlər Akademiyası Sibir bölməsi, Sobolev adına Riyaziyyat İnstitutu və Novosibirsk Dövlət Universitetinin professoru İvan Anantolyeviç Maltsev “Klonların hipereyniliklərlə bölünməsi” mövzusunda çıxış edib. Məruzə sonluqiymətli məntiqlərdə tamlıq probleminə həsr edilib. Bu problem hipereyniliklərin köməyi ilə həll edilir. Çıxışda, həmçinin kvazi xətti funksiyalardan düzəldilmiş müxtəlif […]

E L A N

31 yanvar 2019-cu il tarixdə saat 12:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” və “Diferensial tənliklər” şöbəsinin birgə  seminarında Türkiyənin Adıyaman Universitetinin professoru Manaf Cabbar oğlu Manafov “Əmsalların ümumiləşmiş funksiya olan diferensial və onların bəzi fərq analoqlarının spektral analizi” mövzusunda məruzə edəcəkdir. Məruzədə baxılan operatorun təyin oblastları və tərs spektral məsələlərlə bağlı bəzi məlumatlar […]

E L A N

30.01.2019-cu il saat 10:00-da Ümuminstitut seminarında Rusiya Elmlər Akademiyası, Sibir bölməsi, Sobolev adına Riyaziyyat İnstitutu və Novosibirsk Dövlət Universitetinin professoru İvan Anantolyeviç Maltsev “Klonların hipereyniliklərlə bölünməsi” mövzusunda məruzə edəcəkdir. Məruzə bölünən klonlar üçün hipereyniliklərin tapılmasına həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Çəkili Lebeq fəzasında Hausdorf operatorunun məhdudluğu haqqında” mövzusunda seminar keçirilib

AMEA-nın Riyaziyyat və Mxanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin magistrantı Dünya Rəsul qızı Əliyeva “Çəkili Lebeq fəzasında Hausdorf operatorunun məhdudluğu haqqında” mövzusunda məruzə edib. Məruzə monoton çəki funksiyaları halında Hausdorf operatorunun çəkili Lebeq fəzasında tədqiqinə həsr olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

E L A N

30.01.2019-cu il tarixində saat 12:00-da “Diferensial tənliklər” və “Riyazi fizika tənlikləri” şöbələrinin birgə elmi seminarında AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinin elmi işçisi Mahir Pirquliyev “Maqnit sahəsi effektləri nəzərə alınmaqla differensial fırlanan Günəşin aşağıtezlikli məxsusi rəqsləri” adlı məruzə ilə çıxış edəcəkdir. Məruzədə uzunperiodlu burulğanlı Rossbi tipli qlobal rəqslərin yaranması, […]

“Öz‐özünə qoşma olmayan Hill operatorunun spektral analizi” mövzusunda seminar keçirilib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Mühəndislik Universitetinin Riyaziyyat kafedrasının müdiri Rakib Əfəndiyev “Öz‐özünə qoşma olmayan Hill operatorunun spektral analizi” mövzusunda məruzə edib. Məruzədə öz‐özünə qoşma olmayan Hill operatoru üçün bütün oxda tərs spektral məsələ ətrafında danışılıb. Fundamental həllərin əsas xassələri tədqiq olunub və operatorun spektri […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər