Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

28.11.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Optimal idarəetmə” şöbəsinin baş elmi işçisi f.-r.e.d., professor Telman Məlikov “Standart variasiya məsələlərində kafi şərtlər haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə standart variasiya məsələsinə baxılacaq. Yeni tədqiqat üsulu verilərək funksionalın ekstremum üçün bəzi daha konstruktiv kafi şərtlər alınmışdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Stringerli lövhədə dairəvi deşik konturundan çıxan düzxətli çatın qismən bağlanması” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçirilib. Seminarda fizika-riyaziyyat elmləri namizədi, dosent Mir-səlim-zadə Minavər Vaqif qızı “Stringerli lövhədə dairəvi deşik konturundan çıxan düzxətli çatın qismən bağlanması” mövzusunda məruzə edib. Məruzədə stringerlərlə bərkidilmiş nazik lövhənin dairəvi deşiyinin konturundan çıxan uc zonalarındakı sahilləri arasında rabitə olan […]

“Kəsr tərtib diferensial tənliklərlə ifadə olunan optimal idarəetmə məsələlərində Pontryaqin maksimum prinsipinin analoqu” mövzusunda seminar keçirilib

Noyabrın 22-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., Rövşən Bəndəliyev “Kəsr tərtib diferensial tənliklərlə ifadə olunan optimal idarəetmə məsələlərində Pontryaqin maksimum prinsipinin analoqu” mövzusunda məruzə edib. Məruzədə prosesə kəsr inteqral formada daxil olan və dinamikası Kaputo mənada verilmiş kəsr differensial tənliklər toplusu […]

“Qazın süzülmə prosesinin inteqral modelləşdirilməsi” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı  keçirilib. Seminarda “Tətbiqi Riyaziyyat” şöbəsinin əməkdaşı Elxan Abbasov “Qazın süzülmə prosesinin inteqral modelləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qaz quyularında qazın qeyri-stasionar süzülmə prosesinin inreqral modeli qurularaq alınan əlaqəli differensial tənliklər sisteminin həllinin verilməsi haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

E L A N

23.11.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin elmi işçisi İsayev Fətayi Abdulhəmid oğlu “Riss potensialının kommutatoru üçün ikiçəkili bərabərsizliklər” mövzusunda məruzəsi olacaqdır. Məruzədə Riss potensialının kommutatoru üçün ikiçəkili bərabərsizliklərin doğru olması üçün bəzi kafi şərtlər müzakirə olunacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

E L A N

23.11.2018-ci il saat 12:00-da “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçiriləcəkdir. Seminarda fizika-riyaziyyat elmləri namizədi, dosent Mir-səlim-zadə Minavər Vaqif qızı “Stringerli lövhədə dairəvi deşik konturundan çıxan düzxətli çatın qismən bağlanması” mövzusunda məruzə edəcəkdir. Məruzədə stringerlərlə bərkidilmiş nazik lövhənin dairəvi deşiyinin konturundan çıxan uc zonalarındakı sahilləri arasında rabitə olan düzxətli […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər