Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Lay-quyu-nəql sistemində neftin süzülmə prosesinin hidrodinamikası” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun aparıcı elmi işçisi Nurlana Ağayeva “Lay-quyu-nəql sistemində neftin süzülmə prosesinin hidrodinamikası” mövzusunda məruzə edib. Məruzədə təzyiqin bərpası prosesinin inteqral modeli və əlaqəli diferensial tənliklərin həlli haqqında danışılıb. Lay-quyu sisteminin dinamik əlaqəsi nəzərə alınmaqla təzyiqin bərpası prosesinin dinamikasını təyin etməyə imkan verən […]

E L A N

31 oktyabr 2018-ci il tarixində saat 12:00–da Diferensial tənliklər şöbəsində fəaliyyət göstərən “Diferensial tənliklərin müasir problemləri” adlı seminarı öz işini davam etdirəcək. Seminarda şöbənin əməkdaşı Fərhadova Yetər Müzakir qızı “BRESSE – TİMOŞENKO SİSTEMLƏRİ ÜÇÜN QARIŞIQ MƏSƏLƏLƏR” mövzusunda çıxış edəcək. Məruzədə Bresse -Timoşenko modeli ilə ifadə olunan proseslərin riyazi modelləri haqqında ümumi məlumatlar veriləcək və bəzi […]

E L A N

31.10.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” institutunun aparıcı elmi işçisi Nurlana Ağayeva “Lay-quyu-nəql sistemində neftin süzülmə prosesinin hidrodinamikası” mövzusunda məruzə edəcəkdir. Təzyiqin bərpası prosesinin inteqral modeli qurulmuş və əlaqəli diferensial tənliklərin həlli verilmişdir. Lay-quyu sisteminin dinamik əlaqəsi nəzərə alınmaqla təzyiqin bərpası prosesinin dinamikasını təyin etməyə imkan verən analitik ifadə alınmışdır. Lay-quyu-nəql sistemində neftin […]

“İkinci növ effektlər nəzərə alınmaqla özlüzədələnən çubuğun qərarlaşmış uzununa rəqsləri” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçirilib. Seminarda fizika-riyaziyyat elmləri namizədi, dosent Mehriban Məmmədova “İkinci növ effektlər nəzərə alınmaqla özlüzədələnən çubuğun qərarlaşmış uzununa rəqsləri” mövzusunda məruzə edib. Məruzədə Reley nəzəriyyəsi əsasında sonlu uzunluğu olan özlüzədələnən çubuğun uzununa rəqsləri məsələsi həll edilib. Polimer və kompozit […]

Ümumiləşmiş Morri fəzalarında multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorlarlar

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin dissertantı Afaq Fərhad qızı İsmayılova “Ümumiləşmiş Morri fəzalarında multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorlarlar” mövzusunda məruzə edib. Məruzədə multisubxətti maksimal operator və multixətti inteqral operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğu məsələsi müzakirə olunub. © Bütün […]

“Kəsr tərtibli variasiya məsələsində zəruri şərtlər haqqında” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib. Seminarda fizika-riyaziyyat elmləri namizədi, dosent Şakir Yusubov “Kəsr tərtibli variasiya məsələsində zəruri şərtlər haqqında”mövzusunda məruzə edib. Məruzədə kəsr tərtibli variasiya məsələsi haqqında danışılıb. Kəsr tərtib variasiya məsələsində klassik Eyler-Laqranj tənliyinin və Lejandr şərtinin analoqları şərh olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər