Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Qeyri xətti Hiperbolik tənliklərin müasir problemləri və inkişaf tarixi” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun  “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Diferensial tənliklər” şöbəsinin müdiri, f.-r.e.d., professor Əkbər Əliyev “Qeyri xətti Hiperbolik tənliklərin müasir problemləri və inkişaf tarixi” mövzusunda ikinci məruzə ilə çıxış edib. İkinci məruzədə yarımxətti tənliklər üçün Koşi məsələsinin və qarışıq məsələnin qlobal həllinin varlığı və yeganəliyinin tarixi inkişaf mərhələlərindən danışıldı. © […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunda akademik Roald Saqdeyevin məruzəsi dinlənilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda SSRİ Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının akademiki, Sosialist əməyi qəhrəmanı, Lenin mükafatı laureatı, ABŞ-ın Merilend Universitetinin, ADA Universitetinin və Milli Aviasiya Akademiyasının professoru Roald Zinnuroviç Saqdeyev çıxış edib. Tədbirdə ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev […]

E L A N

26.10.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin dissertantı Afaq Fərhad qızı İsmayılova “Ümumiləşmiş Morri fəzalarında multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorlarlar” mövzusunda məruzə edəcəkdir. Məruzədə multisubxətti maksimal operator və multixətti inteqral operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğu məsələsi müzakirə olunacaqdır. © Bütün hüquqlar […]

E L A N

26.10.2018-ci il saat 12:00-da “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cism mexanikasının müasir problemləri” adlı seminarı keçiriləcəkdir. Seminarda fizika-riyaziyyat elmləri namizədi, dosent Mehriban Əli qızı Məmmədova “İkinci növ effektlər nəzərə alınmaqla özlüzədələnən çubuğun qərarlaşmış uzununa rəqsləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə Reley nəzəriyyəsi əsasında sonlu uzunluğu olan özlüzədələnən çubuğun uzununa rəqsləri məsələsi həll ediləcəkdir. © Bütün […]

E L A N

25.10.2018-ci il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda fizika-riyaziyyat elmləri namizədi, dosent Şakir Yusubov “Kəsr tərtibli variasiya məsələsində zəruri şərtlər haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə kəsr tərtibli variasiya məsələsi haqqında danışılacaq. Kəsr tərtib variasiya məsələsində klassik Eyler-Laqranj tənliyinin və Lejandr şərtinin analoqları şərh olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

E L A N

24.10.2018-ci il tarixində saat 12:00 “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda “Diferensial tənliklər” şöbəsinin müdiri, f.-r.e.d., professor Əkbər Əliyev “Qeyri xətti Hiperbolik tənliklərin müasir problemləri və inkişaf tarixi” mövzusunda ikinci məruzə ilə çıxış edəcək. İkinci məruzədə yarımxətti tənliklər üçün Koşi məsələsinin və qarışıq məsələnin qlobal həllinin varlığı və yeganəliyinin tarixi inkişaf mərhələlərindən danışılacaq. Arzu […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər