Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcək

17.10.2018-ci il tarixində saat 12:00 “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Diferensial tənliklər” şöbəsinin müdiri, f.-r.e.d., professor Əkbər Əliyev “Qeyri xətti Hiperbolik tənliklərin müasir problemləri və inkişaf tarixi” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə qeyri xətti hiperbolik tənliklər üçün müxtəlif məsələlər və həll anlayışının genişlənməsi haqda danışılacaq. 1-ci məruzədə əsasən umumiləşmiş funksiyalar və onların […]

E L A N

17.10.2018-сi il tarixində saat 12:00-da “Dalğa dinamikası” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda f-r.e.n. dos. Abbasov Elxan Məcid oğlu “Mürəkkəb profilli boru kəmərində mayenin hərəkət hidrodinamikasinin modelləşdirilməsi” mövzusunda məruzə edəcəkdir. Mürəkkəb profilli boru kəmərində sıxılan mayenin qeyri-stasionar hərəkəti hidrodinamikasının modeli qurulur. Alınmış əlaqəli diferensial tənliklərin həlli verilmişdir. Sistemin parametrlərindən asılı olaraq boru kəmərinin çıxışında homogen mayenin […]

E L A N

17.10.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Alik Malik oğlu Nəcəfov “Besov-Morri tipli fəzalardan olan funksiyaların bəzi diferensial xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzədə Besov-Morri tipli fəzalar daxil edilir. İnteqral göstərilişi üsulu ilə bu fəzalardan olan, n-ölçülü, “çevik buynuz” şərtini ödəyən oblastlarda təyin olunmuş funksiyaların […]

“Hausdorf operatorunun Banax funksional fəzalarda məhdudluğu və kompaktlığı” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin baş elmi işçisi, r.e.d., Rövşən Əlifağa oğlu Bəndəliyev “Hausdorf operatorunun Banax funksional fəzalarda məhdudluğu və kompaktlığı” mövzusunda məruzə edib. Məruzədə Hausdorf operatorunun məhdudluğu və kompaktlığı haqqında danışılıb. Müxtəlif fəzalarda Hausdorf operatorunun əsasən məhdudluq, çəkili Lebeq fəzası […]

“İnteqral daxil olma üçün ekstremal məsələ” mövzusunda seminar keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov ötən seminardakı “İnteqral daxil olma üçün ekstremal məsələ” mövzusunun davamanı məruzə edib. İşdə inteqral daxil olma üçün ekstremal məsələnin həllinin optimallığı üçün zəruri və kafi şərt alınıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

E L A N

12.10.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin baş elmi işçisi, r.e.d. Rövşən Əlifağa oğlu Bəndəliyev “Hausdorf operatorunun Banax funksional fəzalarda məhdudluğu və kompaktlığı” mövzusunda məruzə edəcəkdir. Məruzədə Hausdorf operatorunun məhdudluğu və kompaktlığı haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər