Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Qeqenbauer-Riss potensialının Lebeq fəzalarında məhdudluğu” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, r.e.d., dosent Elman İbrahimov “Qeqenbauer-Riss potensialının Lebeq fəzalarında məhdudluğu” mövzusunda məruzə edib. Məruzə Qeqenbauer diferensial operatorun doğurduğu harmonik analizin məsələlərinin araşdırılmasına həsr olunub. Seminarda Qeqenbauer diferensial operatorun doğurduğu Qeqenbauer Riss potensialının xassələri müzakirə edilib. Belə ki, Qeqenbauer-Riss […]

E L A N

11.10.2018-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “İnteqral daxil olma üçün ekstremal məsələ” mövzusunda məruzə edəcəkdir. İşdə inteqral daxil olma üçün ekstremal məsələnin həllinin optimallığı üçün zəruri və kafi şərt alınmışdır (davamı). © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

E L A N

10.10.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Riyazi analiz” şöbəsinin aparıcı elmi işçisi, r.e.d., dos. Elman İbrahimov “Qeqenbauer-Riss potensialının Lebeq fəzalarında məhdudluğu” mövzusunda məruzə edəcəkdir. Məruzədə Qeqenbauer-Riss potensialının Lebeq fəzalarında məhdudluğu üçün Hardi-Litlvud-Sobolev tipli teorem müzakirə ediləcəkdir. Ətraflı >> © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Mənfi olmayan potensialla əlaqədar lokal ümumiləşmiş Morri fəzalarında Şredinger tip operatorlar” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Mənfi olmayan potensialla əlaqədar lokal ümumiləşmiş Morri fəzalarında Şredinger tip operatorlar” mövzusunda məruzə edib. Məruzədə tərs Hölder sinifinə daxil olan mənfi olmayan potensialla əlaqədar lokal ümumiləşmiş Morri […]

E L A N

05.10.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Mənfi olmayan potensialla əlaqədar lokal ümumiləşmiş Morri fəzalarında Şredinger tip operatorlar” mövzusunda məruzə edəcəkdir. Məruzədə tərs Hölder sinifinə daxil olan mənfi olmayan potensialla əlaqədar lokal ümumiləşmiş Morri fəzalarında […]

“Hiperbolik tənliklər üçün akustik məsaməli sərhəd şərtli qaışıq məsələlər” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin “Ali riyaziyyat” kafedrasının dosenti Sevda İsayeva “Hiperbolik tənliklər üçün akustik məsaməli sərhəd şərtli qaışıq məsələlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bu sahədə olan əsas nəticələr haqqında məlumat verilib və bir hiperbolik tənlik üçün akustik məsaməli sərhəd şərtli daxilində qarışıq […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər