Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

26.04.2018–ci il saat 11:00 “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının növbəti seminarı keçiriləcəkdir. Seminarda “Qeyri-harmonik” analiz şöbəsinin dissertantı Atabəy Quliyev “İdentifikasiya məsələlərində xətti diskriminant təhlil metodları” mövzusunda məruzə edəcəkdir. Məruzədə peyk məlumatlarının emalında xətti diskriminant təhlil metodlarının tətbiqinin əsas problemləri müzakirə olunacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

E L A N

25.04.2018–ci il saat 11:00 “Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Valid Salmanov “Eksponent sisteminin çəkili Sobolev-Morrey fəzasında bazisliyi” mövzusunda məruzə edəcəkdir. Məruzədə çəkili Sobolev-Morrey tipli fəza təyin edilir, bu fəzanın çəkili Lebeq-Morrey fəzası ilə kompleks müstəvinin düz cəminə izomorfluğu göstərilir. Sonra eksponent […]

E L A N

25.04.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Telman oğlu Bilalov “Ümumi çəkiyə malik çəkili Smirnov siniflərində Riman məsələsinin həllolunanlığı haqqında ” mövzusunda məruzə edəcəkdir. Məruzədə məhdud və qeyri-məhdud oblastlarda ümumi şəkilli çəkiyə malik çəkili Smirnov sinifləri təyin olunur. Bu siniflərdə arqumenti hissə-hissə kəsilməz […]

“Qarışıq normalı və çəkili Lebeq fəzasında verilmiş ikiölçülü Hardi operatorun qeyri-xətti diferensial tənliklər ilə əlaqəsi” mövzusunda seminar keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin baş elmi işçisi, AMEA-nın professoru Rövşən Əlifağa oğlu Bəndəliyev “Qarışıq normalı və çəkili Lebeq fəzasında verilmiş ikiölçülü Hardi operatorun qeyri-xətti diferensial tənliklər ilə əlaqəsi” mövzusunda məruzə edib. Məruzədə ikiölçülü Hardi operatoru, qarışıq normalı və çəkili Lebeq fəzası və iki […]

İnternetin yaradıcısı Türinq mükafatına layiq görülüb

Ümumdünya hörümçək torunun yaradıcılarından biri, britaniyalı alim Tim Berners-Li informatika və informasiya texnologiyaları sahəsində ən nüfuzlu mükafata layiq görülüb. Bu haqda Hesablama Texnikası Assosiasiyası açıqlama verib. www.segodnya.ua saytının məlumatına görə, mükafat Tim Berners-Liyə “ilk veb-brauzer olan “World Wide Web” sisteminin və İnternetin yayılmasına təsir etmiş əsas protokollar və alqoritmlərin ixtirasına görə” verilib. 61 yaşlı Berners-Li […]

Astrofiziklər həyat üçün əlverişli şəraitə malik ekzoplanet aşkar ediblər Astrofiziklər həyat üçün yararlı ola biləcək LHS 1140b adı verilən ekzoplanet aşkar ediblər

m24.ru saytı xəbər verir ki, alimlər tərəfindən aşkarlanan ekzoplanet superyer sinfinə aid edilir. O, digər ulduzlarla müqayisədə az miqdarda radiasiya buraxan LHS 1140 adlı qırmızı cırtdan ulduzun ətrafında fırlanır. LHS 1140b kifayət qədər böyük ölçüyə (planet Yer kürəsindən 1,4 dəfə böyükdür) malik olduğundan buraxılan şüa ona dağıdıcı təsir göstərmir. Astrofiziklərin fikrincə, bir milyon il müddətində […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər