Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Rusiyalı alimlər qanın quru əvəzləyicisini hazırlayıblar

Rusiyanın Kaluqa vilayətinin alimləri çoxlu qan itirən insan orqanizminə kömək etmək üçün PAM-3 preparatını işləyib hazırlayıblar. Qanın quru əvəzləyicisindən döyüş şəraitində yaralanmalar və ya fövqəladə hadisələr zamanı istifadə oluna bilər. Xüsusi saxlanma şəraiti tələb etməyən preparat istənilən qrup və rezus-faktorlu donor qanının eritrositlərini tam əvəzləyir. actualnews.org saytı xəbər verir ki, preparat klinik sınaqlardan əvvəl sağlam […]

“İdentifikasiya məsələlərində empirik-statistika modelləri” mövzusunda seminar keçirilib

“Siqnalların emalının riyazi problemləri” laboratoriyasının növbəti seminarı keçirilib. Seminarda laboratoriyanın böyük elmi işçisi Zakir Zabidov “İdentifikasiya məsələlərində empirik-statistika modelləri” mövzusunda məruzə edib. Məruzədə eksperimental məlumatların ilkin emal metodları və empirik-statistika modellərinin qurulmasının məqsədi və əsas problemləri müzakirə olunub. Seminar zamanı mövzu üzrə AMEA-nın müxbir üzvü, prof. B.Bilalov və t.ü.f.d. H.Nağıyev öz təklif və tövsiyyələrini vermişlər. […]

“Riyazi proqramlaşdırma məsələsi üçün ikinci tərtib zəruri şərt və diskret daxilolma məsələsi üçün ikinci tərtib zəruri şərt” mövzusunda seminar keçirilib

“Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “Riyazi proqramlaşdırma məsələsi üçün ikinci tərtib zəruri şərt və diskret daxilolma məsələsi üçün ikinci tərtib zəruri şərt” mövzusunda məruzə edib. Məruzədə hamar olmayan riyazi proqramlaşdırma məsələsi üçün ikinci tərtib zəruri şərt və diskret daxilolma məsələsi üçün birinci tərtib […]

E L A N

20.04.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin baş elmi işçisi, AMEA-nın professoru Rövşən Əlifağa oğlu Bəndəliyev “Qarışıq normalı və çəkili Lebeq fəzasında verilmiş ikiölçülü Hardi operatorun qeyri-xətti diferensial tənliklər ilə əlaqəsi” mövzusunda məruzə edəcəkdir. Məruzədə ikiölçülü Hardi operatoru, qarışıq normalı və çəkili Lebeq fəzası […]

Alimlər elektrik enerjisi hasil edən taxta döşəmə icad ediblər

ABŞ-ın Viskonsin Universitetinin alimləri üzərində yeridikdə enerji istehsal edən döşəmə örtüyü yaradıblar. Alimlərin fikrincə, kimyəvi emal edilmiş sellüloz lifləri elektrik enerjisini istehsal etməyə imkan verir. budport.com saytı xəbər verir ki, xüsusi texnologiya vasitəsi ilə hazırlanmış yonqar qalınlığı bir millimetrdən artıq olmamaq şərti ilə funksional elementlər şəklində döşəməyə düzülür. Tədqiqatçılar ticarət mərkəzləri və stadionlarda yonqar döşəmələrinin […]

“Banax fəzalarında Bessel və Hilbert sistemləri haqqında” mövzusunda seminar keçirilib

“Qeyri-harmonik analiz” şöbəsinin seminarı keçirilib. Seminarda şöbənin əməkdaşı b.e.i. dos. Miqdad İsmayılov “Banax fəzalarında Bessel və Hilbert sistemləri haqqında” mövzusunda məruzə edib. Məruzə Banax fəzalarında Bessel və Hilbert sistemlərinin öyrənilməsinə həsr olunmuşdur. Skalyar ardıcıllıqların hər hansı Banax fəzasına baxılır ki, kanonik vahid vektorlar sistemi burada bazis əmələ gətirir. Bu fəzaya nəzərən minimal Bessel və Hilbert […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər