Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

18.04.2018 ci il saat 10:00-da Ümuminstitut seminarında “Funksional analiz” şöbəsinin baş elmi işçisi, professor Nəbiyev İbrahim Mayıl oğlu “Sərhəd şərtində spektral parametr olan Şturm-Liuvill operatoru üçün tərs məsələ” mövzusunda məruzə edəcəkdir. Məruzədə ayrılmayan sərhəd şərtlərinin birində spektral parametr iştirak edən halda Şturm-Liuvill operatorunun bərpası üçün kafi şərtlər haqqında məlumat vermək nəzərdə tutulur. Əlavə>> © Bütün […]

Tədqiqatçılar iynəsiz peyvənd etməyə imkan verən qurğu hazırlayıblar

Kaliforniya Universitetinin alimləri (ABŞ, Berkli) peyvəndi orqanizmə iynəsiz və ağrısız yeritməyə imkan verən qurğu hazırlayıblar. “Naked Science” portalı xəbər verir ki, peyvənd və digər ağrılı prosedurlar yaxın vaxtlarda keçmişdə qala bilər. Onları Kaliforniya Universitetində hazırlanmış yeni metod əvəzləyəcək. Lazımlı preparatlar orqanizmə həb böyüklükdə “MucoJet” qurğusunun köməyi ilə yeridiləcək. Miniatür kapsul yanağın daxili hissəsinin selikli qatını […]

“Kəsr-maksimal operatorun kommutatorunun ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün meyarlar” mövzusunda seminar keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin dissertantı dosent Həsənov Sabir Qəhrəman oğlu “Kəsr-maksimal operatorun kommutatorunun ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün meyarlar” mövzusunda məruzə edib. Məruzədə ümumiləşmiş Orliç-Morri fəzalarında kəsr-maksimal operatorun kommutatorunun məhdudluğu üçün meyarlar haqqında danışılıb. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına […]

Qurbağa seliyində qripə qarşı dərman aşkarlanıb

Hind alimləri Hydrophylax bahuvistara növünə aid qurbağaların qrip ştammlarını məhv etməyə qadir olan maddələr ifraz etdiyini müəyyən ediblər. Tədqiqatçılar Hindistanın cənub hissəsində yaşayan amfibiyaların seliyində mövcüd olan müxtəlif zülal molekullarını təhlil edərək seliyin tərkibinə daxil olan 32 peptiddən dördünün antivirus xüsusiyyətlərinə malik olduğunu müəyyən ediblər. Onlardan yalnız biri – urumin adli peptid insanın qan hüceyrələri […]

“İdentifikasiya məsələlərinə spektral peyk verilənlərinin tətbiqi” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının seminarı keçirilib. Seminarda laboratoriyanın böyük elmi işçisi Zakir Zabidov “İdentifikasiya məsələlərinə spektral peyk verilənlərinin tətbiqi” mövzusunda məruzə edib. Məruzədə konkret coğrafi ərazi üçün yaşıl, qırmızı, mavi və Nir spektral verilənlərə görə əlamətlər çoxluğunun formalaşdırılması və uyğun indekslərin seçilməsi məsələləri müzakirə olunub. © Bütün hüquqlar qorunur. […]

E L A N

13.04.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin dissertantı dosent Həsənov Sabir Qəhrəman oğlu “Kəsr-maksimal operatorun kommutatorunun ümumiləşmiş Orliç-Morri fəzalarında məhdudluğu üçün meyarlar” mövzusunda məruzə edəcəkdir. Məruzədə ümumiləşmiş Orliç-Morri fəzalarında kəsr-maksimal operatorun kommutatorunun məhdudluğu üçün meyarlar haqqında danışılacaqdır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər