Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Britaniyada yaranın sağalma göstəricisinə malik “ağıllı” plastır yaradılacaq

Böyük Britaniyalı alimlər yaranın sağalmasını müstəqil müəyyən edən və toplanmış məlumatları həkimə yönləndirən sarğı materiallarının hazırlanması ilə məşğul olurlar. mir24.tv saytının məlumatına görə, “Ağıllı” sarğılar Suonsi Universitetinin nəzdindəki Biologiya Elmləri İnstitutunda yaradılır. Mütəxəssislərin sözlərinə görə, nanotexnologiyalardan istifadə etməklə hazırlanan sarğılar müəyyən zaman kəsiklərində yaranın sağalma vəziyyətini müəyyən edəcəkdir. Bu məlumatların köməyi ilə xəstənin müalicəsinin gedişatına […]

Rusiyada “əbədi” diskin istehsalına 2021-ci ildə başlanılacaq

Rusiyada informasiyanı 100 min ildən çox saxlaya biləcək “əbədi” disk istehsal olunacaq. TASS informasiya agentliyi xəbər verir ki, od, su və kosmik radiasiyaya dayanıqlı olan disklərin hazırlanmasına 2021-ci ildə start veriləcək. Tədqiqat qrupunun rəhbəri İvan Qlebovun sözlərinə görə, informasiyanın yazılması və oxunması prinsipinin hazırlanmasına, həmçinin yazılan materialın seçilməsinə 2015-ci ildə Perspektiv Tədqiqatlar Fondunun layihələrindən biri […]

Niyə məhz Akademiya?

Tanıdığımız, fəaliyyət istiqamətlərinə bələd olduğumuz saysız-hesabsız elm ocaqları mövcuddur. Elmi müəssisə, təşkilat dedikdə, ilk növbədə göz önünə akademiya gəlir. Bəs, niyə məhz akademiya? Bu sual ətrafında heç düşünmüsünüzmü? Həyatda heç bir şey təsadüfi olmadığı kimi, “Akademiya” adı da təsadüfən seçilməyib. Bəşər yaranandan saysız-hesabsız alimin yetişdiyi elm məbədgahı bir zamanlar Afina yaxınlığında yaşayan mifik qəhrəman Akademinin […]

E L A N

12.04.2018 –ci il saat 11:00 “Siqnalların emalının riyazi problemləri” laboratoriyasının seminarı keçiriləcəkdir. Seminarda laboratoriyanın böyük elmi işçisi Zakir Zabidovun “İdentifikasiya məsələlərinə spektral peyk verilənlərinin tətbiqi” mövzusunda məruzə edəcəkdir. Məruzədə konkret coğrafi ərazi üçün yaşıl, qırmızı, mavi və Nir spektral verilənlərə görə əlamətlər çoxluğunun formalaşdırılması və uyğun indekslərin seçilməsi məsələləri müzakirə olunacaq. © Bütün hüquqlar qorunur. […]

“Qeyri-hamar sərhədlərdə Lay potensialları ” mövzusunda seminar keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda Azərbaycan Texniki Universitetinin Riyaziyyat kafedrasının dosenti Oqtay Qiyas oğlu Əzizov “Qeyri-hamar sərhədlərdə Lay potensialları” mövzusunda məruzə edib. Məruzə qeyri-hamar sərhədli oblastların qapanmasında sadə və ikiqat lay potensiallarının Hölder siniflərində kəsilməzliyinə həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

“Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi və diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması” mövzusunda seminar keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi və diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması” mövzusunda məruzə edib. Məruzədə sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi, güclü ekstremum üçün ikinci tərtib zəruri şərtin alınması, […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər