Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Silindrik torun hərəkəti” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Dalğa dinamikası” şöbəsinin seminarı keçirilib. Seminarda f-r.e.d., prof. Ağalarov Cəfər Həsən Ağa oğlu “Silindrik torun hərəkəti” mövzusunda məruzə edib. Torun ümumi nəzəriyyəsi əsasıda silindrik torun hamar sərt silindr üzərində hərəkət tənlikləri alınmışdır. Bazis vektorları: silindrik ox istiqamətində, en kəsiyinə (fırlanan) və silindrin oxuna (fırlanan) perpendikulyar istiqamətində seçilmişdir. Silindrin ox istiqamətində […]

” Bircins tipli fəzalarda təyin olunmuş kəsr inteqral və onun kommutatorunun Orliç fəzasında məhdudluğu” mövzusunda seminarı keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Bircins tipli fəzalarda təyin olunmuş kəsr inteqral və onun kommutatorunun Orliç fəzasında məhdudluğu” mövzusunda məruzə edib. Məruzədə bircins tipli fəzalarda təyin olunmuş kəsr inteqralı və onun kommutatorunun Orliç fəzasında məhdudluğu […]

E L A N

04.04.2018-ci il tarixində saat 12:00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda şöbənin doktorantı Bayramov Azad Məmməd oğlu “Operator əmsallı ikinci tərtib diferensial tənlik və anti-periodik sərhəd şərtlərlə təyin olunan operatorun birinci və ikinci iz düsturları” mövzusunda çıxış edəcəkdir. Məruzədə baxılan operatorun spektrinin diskretliyi göstərilir, uyğun requlyarizə edilmiş birinci və ikinci izləri hesablanır. Arzu edənlər […]

E L A N

30.03.2018-сi il tarixində saat 12.00-da “Dalğa dinamikası” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda f-r.e.d. prof. Ağalarov Cəfər Həsən Ağa oğlu “Silindrik torun hərəkəti” mövzusunda çıxış edəcəkdir. Torun ümumi nəzəriyyəsi əsasıda silindrik torun hamar sərt silindr üzərində hərəkət tənlikləri alınır. Bazis vektorları: silindrik ox istiqamətində, en kəsiyinə (fırlanan) və silindrin oxuna (fırlanan) perpendikulyar istiqamətində seçilib. Silindrin ox […]

E L A N

30.03.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev “Bircins tipli fəzalarda təyin olunmuş kəsr inteqral və onun kommutatorunun Orliç fəzasında məhdudluğu” mövzusunda məruzə edəcəkdir. Məruzədə bircins tipli fəzalarda təyin olunmuş kəsr inteqralı və onun kommutatorunun Orliç […]

“Kolmoqorov superpozisiya teoremi və onun approksimativ variantı” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d., AMEA-nın professoru Vüqar Elman oğlu İsmayılov “Kolmoqorov superpozisiya teoremi və onun approksimativ variantı” mövzusunda məruzə edib. Məruzədə Hilbertin 13-cü probleminin tarixi, bu problemin V.İ. Arnold və A.N. Kolmoqorov tərəfindən həlli, kəsilməz funksiyalar üçün Kolmoqorov superpozisiya teoreminin müxtəlif gücləndirilmiş […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər