Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

28.03.2018-ci il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d., AMEA-nın professoru Vüqar Elman oğlu İsmayılov “Kolmoqorov superpozisiya teoremi və onun approksimativ variantı” mövzusunda məruzə edəcəkdir. Məruzədə Hilbertin 13-cü probleminin tarixi, bu problemin V.İ. Arnold və A.N. Kolmoqorov tərəfindən həlli, kəsilməz funksiyalar üçün Kolmoqorov superpozisiya teoreminin müxtəlif gücləndirilmiş variantları və […]

“Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiyanın xassələri” mövzusunda seminar keçirilib

Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov “Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiyanın xassələri” mövzusunda məruzə edib. Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiyaya baxılıb və onun Lp →Lq– məhdudluğu haqqında məlumat verilib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən […]

“Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi və diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması” mövzusunda  seminar keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib.  Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi və diskret idarəetmə məsələlərində daha güclü optimallıq şərtlərinin alınması” mövzusunda məruzə edib. Məruzədə sadə variasiya məsələsi üçün Veyerştrasın zəruri şərtinin gücləndirilməsi, güclü ekstremum üçün ikinci tərtib zəruri şərtin alınması, […]

“Əmsalın tapılması haqqında bir tərs məsələnin optimal idarəetmə məsələsinə gətirilməsi və onun tədqiqi” mövzusunda seminar keçirilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda BDU-nun “İdarəetmə nəzəriyyəsinin riyazi üsulları” kafedrasının professoru Hamlet Quliyev “Əmsalın tapılması haqqında bir tərs məsələnin optimal idarəetmə məsələsinə gətirilməsi və onun tədqiqi” mövzusunda çıxış edib. Məruzədə hiperbolik tənlik üçün bir tərs məsələnin optimal idarəetmə məsələsinə gətirilməsi, alınan məsələdə optimal idarəedicinin varlığı teoreminin isbat […]

E L A N

16.03.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin aparıcı elmi işçisi, dos. Elman İbrahimov “Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiyanın xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzədə Qeqenbauer diferensial operatorunun doğurduğu kəsr maksimal funksiyaya baxılacaq və onun Lp →Lq – məhdudluğu haqqında məlumat veriləcəkdir.   © […]

“Özlüelastik materialların xassələrinə temperaturun təsirinin nəzərə alınmasının alternativ üsulu və onun istifadəsilə bərk yanacaqla işləyən raketlərin temperatur və qüvvə dinamik yüklənmələrində möhkəmliyinin tədqiqi” mövzusunda Ümuminstitut seminarı keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib.  Seminarında “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin müdiri, professor Lətif Xəlil oğlu Talıblı “Özlüelastik materialların xassələrinə temperaturun təsirinin nəzərə alınmasının alternativ üsulu və onun istifadəsilə bərk yanacaqla işləyən raketlərin temperatur və qüvvə dinamik yüklənmələrində möhkəmliyinin tədqiqi” mövzusunda məruzə edib. Özlüelastik materialların xassələrinə temperaturun təsirinin nəzərə alınmasının alternativ üsulu […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər