Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

19.01.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Xəlilov Elnur Həsən oğlu “Sadə lay və ikiqat lay potensiallarının törəməsinin əmələ gətirdiyi operatorların bəzi xassələri” mövzusunda məruzə edəcəkdir. Məruzədə sadə lay və ikiqat lay potensiallarının […]

E L A N

17.01.2018-ci il tarixində saat 12.00-da “Diferensial tənliklər” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin müəllimi Miqdad İsmayılov “Bir sinif üçüncü tərtib diferensial tənliklərin həlli” mövzusunda çıxış edəcəkdir. Məruzədə bir sinif üçüncü tərtib xüsusi törəməli diferensial tənliklər üçün qarışıq məsələnin ümumiləşmiş həllinin varlığı və yeganəliyi haqqında danışılacaq. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar […]

E L A N

17.01.2018 ci il saat 10:00-da Ümuminstitut seminarında ADİU-nun “Riyaziyyat” kafedrasının professoru Musa Alməmmədov “ Bütün oxda dördtərtibli inteqro-differensial operatorun spektrinin araşdırılması” mövzusunda məruzə edəcəkdir. Bütün oxda dördtərtibli inteqro-differensial operatorun həllərinin asimptotikası, rezolventası və spektri araşdırılır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Qeyri-lokal şərtli differensial tənliklər və onlarla təsvir olunan optimal idarəetmə” mövzusunda seminar keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin seminarı keçirilib. Seminarda Bakı Dövlət Universiteninin professoru, r.e.d., Yaqub Şərifov «Qeyri-lokal şərtli differensial tənliklər və onlarla təsvir olunan optimal idarəetmə» mövzusunda məruzə edib. Məruzədə qeyri-lokal şərtli differensial tənliklərlə təsvir olunan optimal idarəetmə məsələlərinə baxılıb. Əvvəlcə hər bir qeyd olunmuş mümkün idarəedici üçün baxılan sərhəd məsələlərinin həllinin varlığı və yeganəliliyi üçün […]

E L A N

11.01.2018-ci il saat 10:30-da «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universiteninin professoru, r.e.d., Yaqub Şərifov «Qeyri-lokal şərtli differensial tənliklər və onlarla təsvir olunan optimal idarəetmə» mövzusunda məruzə edəcəkdir. Məruzədə qeyri-lokal şərtli differensial tənliklərlə təsvir olunan optimal idarəetmə məsələlərinə baxılacaqdır. Əvvəlcə hər bir qeyd olunmuş mümkün idarəedici üçün baxılan sərhəd məsələlərinin həllinin varlığı […]

E L A N

10.01.2018-ci il tarixində saat 12.00-da “Funksional analiz” və “Diferensial tənliklər” şöbələrinin birgə elmi seminarı keçiriləcək. Seminarda Humay Şəmşəddin qızı Rzayevanın 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş “Bəzi diferensial operatorlar üçün qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin lokal və qlobal strukturu haqqında” mövzusunda dissertasiya işinin müzakirəsi keçiriləcək. © Bütün hüquqlar […]

Azərbaycanda COVID-19 ilə bağlı statistika
  • Virusa yoluxan

  • Sağalan

  • Yeni yoluxan

  • Aktiv xəstə

  • Ölüm halı

  • Test edilib

Faydalı linklər